Dəniz Yılmaz qol vurdu, komandası xal qazandı

Türkiyə Super Liasında 24-cü turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə "Osmanlıspor"un qonağı olub. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə yekunlaşıb.

Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Millimizin üzvü 40-cı dəqiqədə penalti qolu ilə matçda hesabı açıb.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 32 xal olan "Bursaspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right