“Co Hart “Torino”da qalmağa razı olar”

“Mançester Siti”nin “Torino”da icarə əsasında çıxış edən qapıçısı  Co Hart haqda Turin klubunun prezidenti Urbano Kayro danışıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya klubunun rəhbəri Hartın transfer hüququna yiyələnmək üçün “Mançester Siti”yə müraciət edəcəklərini açıqlayıb:

“Bizim Co Hartla əla münasibətimiz var. O, Turində olmaqdan məmnundur və burada qalmağa razı olar. Onun transfer hüququna yiyələnə bilərik, amma hər şey “Mançester Siti”dən asılıdır.  Biz Hartın xidmətində maraqlıyıq. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək”.

Qeyd edək ki, Co Hart 2016-cı ildən “Torino”da icarə əsasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right