Türkiyənin "Qalatasaray" klubu Lukas Podolski ilə yollarını rəsmən ayırıb.
Newsport.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirəcək. O, Asiya təmsilçisinə 2016/2017 mövsümünün sonunda qoşulacaq.
Bu keçidə görə, yaponlar İstanbul təmsilçisinə 2,6 milyon avro transfer haqqı ödəyib.
Əlavə edək ki, 31 yaşlı hücumçu 2015-ci ildə "Arsenal"dan "Qalatasaray"a keçmişdi.