"Barselona" "Yuventus"un futbolçusu Mario Dybalanı heyətinə qata bilər.
Newsport.az-ın məlumatına görə, Neymar Kataloniya klubundan ayarılacağı halda ispanlar "qoca sinyora" ilə danışıqlara başlayacaq.
Maraqlıdır ki, "Barsa"nın əzəli rəqibi "Real" da Dybalanı heyətinə qatmağı planlaşdırır. Madrid klubunun gənc hücumçu üçün italyanlarla yayda danışıqlara başlaya biləcəyi də istisna olunmur.