“Qalatasaray”ın almaniyalı futbolçusu Lukas Podolski sezon sonunda klubu tərk edəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Alman futbolçu sezon sonunda Yaponiyanın Vissel Kobe klubuna keçəcək. Onun transferi üçün "Qalatasaray"a 2,6 milyon avro ödəniləcək.