Ukraynanın "Dinamo" (Kiyev) və Türkiyənin "Beşiktaş" klubları hərəyə 60 min avro məbləğində cərimələniblər.
Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar verib.
Səbəb kimi iki komanda arasında Çempionlar Liqasının qrup mərhələsinin son tur matçında azarkeşlərin davranışları səbəb olub. Həmin qarşılaşmada kiyevlilər 6:0 hesabı ilə qalib gəlib.
Daha əvvəl UEFA "Dinamo"nu görüşə lazımi səviyyədə hazırlaşmamaqda və tribunalarda təhlkəsizliyi təmin etməməkdə günahlandırıb. "Beşiktaş" isə azarkeşlərinin yolverilməz davranışları üzündən cəzalanıb.