Əfsanəvi kapitandan Azərbaycan xalqına başsağlığı

Türkiyə millisinin və "Qalatasaray"ın əfsanəvi futbolçusu Bülənt Kokrmaz  Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. 

Newsport.az-ın məlumatına görə, "Bakı"nın sabiq baş məşqçisi Xocalı soyqırımını unutmadağını bildirib. Mütəxəssis başsağlığı mesajında bu sözlərə yer verib:

"İlk olaraq insan olmalıyıq, qardaş olamlıyıq, acılarımızı paylaşmalıyıq. Azərbaycan xalqının çəkdiyi acıları unutmamışıq və unutmayacağıq. Uşaqlarımızı, bacılarımızı, yaşlılarımızı və gənclərimizi itirdiyimiz günü mən də unutmadım və heç vaxt unutmayacam. Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm. Dualarım sizinlədir..."

Qeyd edək ki, Bülənt Korkmaz 2009/10 mövsümündə "Bakı"nın bş məşqçisi vəzifəsində çalışıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right