"Fənərbaxça"da Volkan şoku

Avropa Liqasının 1/16 final mərhələsinin "Krasnodar"la cavab matçında zədələnən "Fənərəbaxça"nın qapıçısı Volkan Dəmirəlin durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, təcrübəli əlcək sahibi tibbi müayinədən keçib. Onun durumunun ciddi olduğu məlum olub. Belə ki, sağ arxa əzələsində yırtıq aşkarlanan 36 yaşlı qolkiper 1 ay yatım yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Krasnodar" qarşılaşması 1 - 1 hesablı bərabərliklə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right