Avropa Liqasının 1/16 final mərhələsində İsrailin "Hapoel" klubunu qəbul edəcək "Beşiktaş" oyuna ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, İstanbul klubunun aparıcı futbolçu Rikardo Kuarejma zədə səbəbindən bu görüşü buraxacaq.
Superliqanın XXI turunda "Akhisar"la oyunda zədələnən portuqaliyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu məlum olub.
Qeyd edək ki, “Beşiktaş” – “Hapoel” oyunu fevralın 23-də keçiriləcək.