"Qalatasaray"ın yeni baş məşqçisi rəsmən bəlli oldu

"Qalatasaray"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngini "Karabükspor"dan ayrılan İqor Tudor çalışdırıcaq. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Xorvat mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, artıq "cim bom"un sükanı arxasında ilk məşqinə də çıxıb.

39 yaşlı çalışdırıcı "sarı-qırmızılar"da mövsümün sonunadən 400 min avro, növbəti mövsüm isə 1 milyon avro qazanacaq. "Qalatasaray" Tudora görə "Karabükspor"a 150 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, İqor Tudor bu postda dünən istefaya göndərilən hollandiyalı mütəxəssiz Yan Olde Riekerinki əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right