"Qalatasaray" baş məşqçisi Yan Olde Rikerinklə yolları ayırdığını rəsmən açıqlayıb.
Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek məlumat verib. O, klubun bugünkü iclasından sonra bununla bağlı jurnalistlərə bildirib.
D.Özbek yeni baş məşqçi axtarışlarına sabah başlayacaqlarını deyib:
"Klub nümayəndələrinə hazırda çalışmayan məşqçilərlə danışıq aparmalarını tapşırmışam".