Van Persinin cəzası azaldıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Robin Van Persinin cəzasını yüngülləşdirib.
Newsport.az-ın məlumatına görə, "Fənərbaxça"nın şikayəti əsasında məsələ yenidən baxan İK hollandiyalı hücumçunun cəzasını azaldıb. Ölkə kubokunda "Beşiktaş"la oyunda Van Persinin rəqib azarkeşlərə və futbolçulara qarşı davranışına görə verilən 3 oyunluq cəza 2 oyuna endirilib.

Qeyd edək ki, Van Persi həmin oyunda vurduğu qoldan sonra rəqib azarkeşlərə və futbolçulara dilini göstərmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right