“Yuventus”un futbolçusu Hernanes karyerasını Çində davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Superliqada mübarizə aparan “Fortune” klubuna keçəcək. Çin klubunun bu transfer qarşılığında Turin təmsilçisinə 10 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"da çıxış edir.