Luis Suares "Barselona"da ilk rəsmi matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, uruqvaylı hücumçu İspaniya La Liqasında "Real"a qarşı görüşdə debüt edib. O, əsas heyətdə yer alıb.
Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün bu ilin iyun ayında FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmışdı. Ona veriləcn cəza bu gün başa çatıb.