Millinin üzvü: "Barselona"da ancaq topdaşıyan olardım"

İtaliya millisinin və MLS-də çıxış edən "Toronto" klubunun hücumçusu Sebastian Covinko maraqlı açıqlamalar verib.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən il "Barselona"dan aldığı təklifi qəbul etmədiyini söyləyib:

 

"Ötən "Barselona"dan transfer təklifi aldım. Amma mən daim oynamaq istədiyim üçün bu təklifi qəbul etmədim. Messi, Suares, Neymar olan yerdə mən ancaq topdaşıyan olardım".

 

Covinko gələcək karyerasından da danışıb:

 

"Çin klublarının transferləri həqiqətən də həyəcan verir. Mənimlə də maraqlanmışdılar. İtaliyadan da təklif var. Amma "Toronto" ilə də danışıqlar aparacam. Burada özümü daha rahat hiss edirəm".

 

Qeyd edək ki, Covinko 2015-ci ildə "Yuventus"dan "Toronto"ya transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right