Bundesliqadan “İnter”in müdafiəçisinə rəsmi təklif

“İnter”in müdafiəçisi Andrea Ranokkiya tezliklə klubunu dəyişə bilər. 

Newsport.az-ın məlumatına görə, italiyalı futbolçu “Volfsburq” və “Hamburq”dan rəsmi təklif alıb. Hər iki Bundesliqa klubu Ranokkiyanın xidmətində maraqlıdır. 

28 yaşlı oyunçu özü də “İnter”dən getməkdə maraqlıdır. Cari mövsümdə o, “A” seriyasında cəmi 4 matçda forma geyib. 

Qeyd edək ki, daha əvvəl Ranokkiyanın xidmətində “Tottenhem”, “Vest Hem” və “Hall Siti”nin də maraqlı olduğu deyilirdi.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right