"Liverpul" Koutinyo ilə rekord müqavilə imzaladı

İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" klubu adı "Barselona" və digər komandalarla hallanan Filipe Koutinyo ilə yeni müqavilə imzalayıb.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. Braziliyalı oyunçunun həftəlik məvacibi 150 min funt-sterlinq olacaq. Koutinyo klub tarixinin ən yüksək maaş alan futbolçusu olub.

 

Qeyd edək ki, "Liverpul" Koutinyonu 2013-cü ilin qış transfer pəncərəsində "İnter"dən 8,5 milyon funt sterlinqə transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right