"Qəbələ" və "İnter"in sabiq futbolçusu Yunanıstan klubunda

"Qəbələ"nin sabiq futbolçusu İbrahima Niassenin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, seneqallı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə yunan mətbuatı məlumat yazıb. Yayılan məlumata görə, o, Super Liqa təmsilçisi "Levadiakos"la sözləşmə imzalayacaq.

Qeyd edək ki, Niasse ölkəmizdə "Qəbələ"dən əvvəl Bakı "İnter"ində çıxış edib. Onun son iş yeri Hindistanın "Deli Dinamos" klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right