İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "rossenyerlər" İngiltərənin "Everton" klubundan Xerar Deulofeyi rənglərinə bağlayıb. İspaniya millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında "Milan"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafuəçi "Barselona"nın yetirməsidir. O, 2015-ci ildən "Everton"da çıxış edir.