“Qalatasaray”dan böyükhesablı qələbə

Türkiyə kubokunun qrup mərhələsində V turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, E qrupunda mübarizə aparan “Qalatasaray” səfərdə “Elazığspor”un qonağı olub. Matç İstanbul klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb. 

“Elazığspor” - “Qalatasaray” 1:4
Qollar:
 Podolski, 9 (0:1), Kalkan, 59-avtoqol (0:2), Derdiyok, 74 (0:3), Ozgöz, 84-pen (1:3), Podolski, 90 (1:4)

Bu qələbə sayəsində xallarının sayını 8-ə çatdıran “Qalatasaray” qrupda ikinci pilləyə yüksəlib. 

Qeyd edək ki, “Tuzlaspor” 12 xalla qrup birinciliyini təmin edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right