Bakı "İnter"inin sabiq futbolçusu İspaniya klubunda

Bakının "İnter" klubunun sabiq futbolçusu Mikel Alvaro Salazar karyerasını İspaniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "Amorebyeta" klubuna keçib. Alvaro ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İspaniya B divizionunun 2-ci qrupunda mübarizə aparan komanda hazırda  21 xalla 20 komanda arasında 18-cidir.

Qeyd edək ki, Mikel Alvaro 2013-2015-ci illərdə "İnter"də çıxış edib. Onun son klubu Tbilisi "Dinamo"su olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right