Dani Kintana "Sauthempton"un futbolçusundan geri qaldı 2-ci oldu

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana bu mövsüm Avropa Liqasında ən çox uğurlu driblinq yarımmüdafiəçilər arasında yer alıb.

 

Newsport.az Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı ən çox rəqibini keçən 2-ci futbolçu olub. Kintana 15 mübarizədən qalib ayrılıb.

 

İlk pillədə isə "Sauthempton"un futbolçusu Natan Redmondur. 22 yaşlı ingiltərəli 17 uğurlu driblinq edib. 3-cü yerdə isə "Qarabağ"ın qrupdakı rəqibi olan PAOK-un futbolçusu Qarri Rodrigesdir. Yunanıstan klubunu "Qalatasaray"a dəyişən Rodriges 14 uğurlu cəhdlə yadda qalıb.

 

Xatırladaq ki, Dani Kintana qrup mərhələsinin 3-cü turunda PAOK-la oyundan sonra həftənin futbolçusu seçilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right