Cilardinyonun yeni komandası məlum oldu

A seriyası təmsilçisi “Peskara” heyətini yeni futbolçuyla gücləndirib.

 

Newsport.az xəbər verir ki, “delfinlər” “Empoli”dən ayrılan Alberto Cilardinyonu heyətinə cəlb edib. Klubdan edilən açıqlamada 34 yaşlı hücumçuyla mövsümün sonuna kimi müqavilə bağlandığı qeyd edilib. Cilardinyo mövsümün ikinci yarısında özünü doğrultsa, müqavilə daha bir il uzadılacaq.

 

Hücumçu karyerası ərzində “Parma”, “Milan” və “Fiorentina” kimi klublarda top qovub.

 

Mövsümün əvvəlindən “Empoli”də çıxış edən Cilardinyo, 16 oyunda 1 qol vurub. O, İtaliya millisində keçirdiyi 57 oyunda 19 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right