"Qalatasaray"da növbəti ayrılıq

Türkiyənin "Qalatasaray" klubunda daha bir ayrılıq reallaşıb. 

 

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi legioneri Lukas Ontivero ilə yollarını ayırıb. Ötən mövsümü icarə əsasında "Monreal İmpakt"da keçirən argentinalı futbolçunun 2018-ci ildə başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

 

Bu barədə məlumatı 22 yaşlı futbolçunun agenti Xuan Ardilla verib.


Qeyd edək ki, Ontivero 2012-ci ildən "Qalatasaray"da çıxış edirdi. 

 

Xatırladaq ki, "Qalatasaray" Hamit Altıntop və Kolbeyn Siqtorssonla da yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right