Ramil Şeydayev yeni komandasının düşərgəsinə qoşuldu

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubundan ayrılıb. 

 

Newsport.az xəbər verir ki, Qara dəniz təmsilçisinin Antalyadakı düşərgəsini tərk edən futbolçu PTT I liqasında mübarizə aparan "Samsunspor"un sıralarına qoşulub.

 

Şeydayev mövsümün sonuna qədər icarə əsasında "Samsunspor"un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, yayda Rusiyanın "Zenit" klubundan transfer olunan Şeydayev "Trabzonspor"un heyətində keçirdiyi 3 rəsmi oyunda 1 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right