Newsport.az-ın məlumatına görə, “qara-qartallar” bu dəfə müdafiə xəttini gücləndiriblər.
İstanbul klubu “Riyeka”nın mərkəz müdafiəçisi Matey Mitroviçlə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul nəhəngi bu keçid müqabilində qarşı tərəfə 3 milyon avro ödəyəcək. Xorvatiya millisinin üzvü yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Matey Mitroviç 2014-cü ildən Xorvatiya yığmasına dəvət alır.