Türkiyənin "Trabzonspor" klubu Rusiya "Spartak"ının futbolçusu Sərdar Taşçını rənglərinə bağlayıb.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi ilə 3,5 illik anlaşma əldə olunub. Türk əsilli alman futbolçu ildə 2,3 milyon avro qazanacaq. O, yeni komandasına Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qoşulacaq.
Qeyd edək ki, "Trabzonspor" qış transfer pəncərəsində Argentinanın “San Lorenso” klubunun sol cinah müdafiəçisi Emmanuel Mas və Portuqaliya "Sportinq"indən Joao Pereyranı transfer edib.