Ötən mövsüm "Qalatasaray"dan "İnter"ə transfer olan Felipe Melo karyerasını "Palmeyras"da davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, "İnter"də gözlənilən performansı sərgiləyə bilməyən və baş məşqçi Stefano Piolinin etimadını qazana bilməyən futbolçu Braziliyanın son çempionu "Palmeyras"la razılığa gəlib.
"İnter"lə vidalaşan futbolçu Sao-Paulo şəhərinə gəlib və ayın 5-i "Palmeyras"la rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, 2005-ci ildən Braziliyadan kənarda karyerasına davam edən futbolçu "Malyorka", "Rasinq", "Qalatasaray", "Fiorentina", "Yuventus" və "İnter" kimi klublarda çıxış edib. Karyerasının ən parlaq vaxtını "Qalatasaray"da keçirən futbolçu 4 mövsümə 8 kubok qazanmağı bacarmışdı.