"Qalatasaray"ın heyətdən kənarlaşdırılan futbolçusu Yasin Öztəkin İstanbul klubunu tərk edə bilər.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin xidmətində Rusiyanın "Rubin" klubu maraqlıdı. Kazan təmsilçisi Türkiyə millisinin üzvü üçün "sarı-qırmızılar"a 4 milyon avro təklif edib.
Qeyd edək ki, Yasin Öztəkin Tütkiyə kubokunun "Tuzlaspor"la matçında (2 - 3) qırmızı vərəqə aldıqdan sonra məşqçi Ayhan Akmana sərt şəkildə etiraz etdiyi üçün heyətdən kənarlaşdırılıb.