"Yuventus"a getməkdən imtina etdi Çinə üz tutdu

Rusiyanın "Zenit" klubunun belçikalı futbolçusu Aksel Vitsel karyerasını Çində davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Yuventus"un heyətinə qatmaq istədiyi 27 yaşlı yarımmüdafiəçini Çinin “Tyanszin Çyuançzyan” komandasının 3 illik müqavilə təklifini qəbul edib. Asiyalılar Vitsel üçün illik 18 milyon avro maaş verəcək.

 

Bu transferdən "Zenit" 7 milyon avro qazanıb.

Qeyd edək ki, Belçika millisinin üzvü 2012-ci ildən "Zenit"də çıxış edirdi.

 

Əlavə edək ki, “Tyanszin Çyuançzyan”ın baş məşqçisi Fabio Kannavarodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right