Rusiyanın "Zenit" klubunun belçikalı futbolçusu Aksel Vitsel Çin klubunun hədəfindədi.
Newsport.az-ın məlumatına görə, "Yuventus"un heyətinə qatmaq istədiyi 27 yaşlı yarımmüdafiəçini Çinin "Şanxay SİPQ" komandası transfer etmək istəyir. Asiyalılar Vitsel üçün illik 18 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Belçika millisinin üzvü 2012-ci ildən "Zenit"də çıxış edir. O, Santk Peterburq təmsilçisinin heyətində meydana çıxdığı 121 matçda 16 dəfə fərqlənib.