"Fənərbaxça"dan rəsmi transfer

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi Ukraynanın "Zarya" klubunun futbolçusu Oleksandr Karavayevi rənglərinə bağlayıb. Bu barədə məlumatı Luqansk təmsilçisinin rəsmi saytı yayıb. Mənbədə yer alan məlumata  görə, Ukrayna millisinin 24 yaşlı yarımmüdafiəçisi mövsümün sonuna qədər icarə əsasında "sarı bülbüllər"in uğurları üçün çalışacaq. 

Qeyd edək ki, "Zarya" Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça"nın rəqibi olub. İlkin ehtimallara görə, "Fənər"in baş məşqçisi Dik Advokaat Karavayevin oyununu məhz adıçəkilən turnirdə bəyənib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right