"Napoli"nin futbolçusu ölkəsində ən yaxşı seçildi

Belçikada ilin ən yaxşı futbolçusu bəlli olub.

Newsport.az-ın məlumatına görə, İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Martens ilin ən yaxşı futbolçusu seçilib. Sorğunu Belçika Kral Futbol Assosiasiyası keçirib. 29 yaşlı futbolçu 12213 səs toplayıb.

İkinci yeri 8756 səslə “Çelsi”nin futbolçusu Edin Hazard tutub. Üçüncü yerdə isə 2562 səslə “Roma”nın futbolçusu Raca Nainqollan qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right