Ardadan Çin açıqlaması

Türkiyə millisinin və "Barselona"nın üzvü Arda Turan adının Çin klubları ilə birgə hallanmasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Arda yayılan iddiaların əsassız olduğunu deyib: "Mətbuat Çin klublarından təklif aldığımı yazır. Ancaq mənim bundan xəbərim yoxdur. Bu işlər həmişə belə olur. "Barsa" ilə 33 yaşıma qədər müqaviləm var. Mən "Barselona"da çox xoşbəxtəm, rəhbərlik də mənim işimdən razıdır. Ən böyük arzum "Barselona" ilə birgə Çempionlar Liqasını qazanmaqdı".

Qeyd edək ki, İspaniyanın "Sport" nəşri Çinin iki klubunun Arda üçün Katoloniya təmsilçisinə müraciət etdiyini iddia etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right