Elxan Abdullayev Ramil Şeydayev transferi üçün Türkiyədə!

“Neftçi” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev “Trabzonspor”da əsas heyətə düşə bilməyən Ramil Şeydayevin transferi üçün Türkiyədədir. Mütəxəssis gənc futbolçunu “Neftçi”də oynaması üçün razı salmağa çalışacaq. Elxan Abdullayev Trabzon klubunun rəhbərliyi və milli komandamızın üzvüylə danışıqlar aparacaq.

Bir müddət əvvəl Türkiyə mətbuatında Qara dəniz təmsilçisinin Şeydayevi “Neftçi”yə göndərəmə hazır olduğu haqda məlumatlar yayılmışdı. Abdullayev gənc forvardın saqqızını oğurlaya bilsə, Şeydayev “Neftçi”də çıxış edəcək. (Sportal.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right