“Yuventus” heyətinə yeni futbolçu cəlb edir.
Newsport.az-ın məlumatına görə, Turin klubu “Cenoa”nın yarımmüdafiəçisi Tomas Rinkonu icarəyə götürəcək.
Venesuelalı futbolçu ilə 6 aylıq icarə müqaviləsi bağlanacaq.
Qeyd edək ki, 28 yaşlı Rinkon bu mövsüm 17 rəsmi oyunda meydana çıxış və 2 məhsuldar ötürmə verib.