Dəniz Yılmazın baş məşqçisi istefaya göndərilir? Klub prezidenti açıqladı

Millizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay komandanın baş məşqçisi Hamza Hamzaoğlunun komandadan göndərilməyəcəyini deyib.

 

Newsport.az xəbər verir ki, klub rəsmisi mütəxəssisin komandadan göndərilməsinin gündəmdə olmadığını vurğulayıb:

 

"Heç vaxt Hamzaoğlunun göndərilməsi barədə düşünməmişik. Biz bir məğlubiyyətə görə təslim olan komanda deyilik. Baş məşqçimizlə görüşüm olub. Yola onunla birgə davam edəcəyik".

 

Qeyd edək ki, Hamzaoğlu ötən gün Superliqanın XVI turunda "Gənclərbirliyi"nə məğlubiyyətdən sonra (3:1) keçirdiyi mətbuat konfransında istefa vermək niyyətində olduğunu bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right