Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Hatem Ben Arfanı transfer edib. 29 yaşlı futbolçu icarə əsasında "Fənərbaxça"da çıxış edəcək. İcarə müddəti 6 ay müddətinə nəzərdə tutulub.
"Sarı bülbüllər"in baş məşqçisi Dik Advokaat da məsələ ilə bağlı açıqlama verib. O Ben Arfanın transferini təsdiq etməsə də, yaxın günlərdə transfer edə biləcəklərini bəyan edib.
Qeyd edək ki, Ben Arfa bu mövsüm PSJ formasıyla 12 qarşılaşmada meydana çıxıb.