Yanal Ramil Şeydayevə start heyətdə şans verməyəcək

Bu gün Türkiyə kubokunun qrup mərhələsində növbəti oyunlar keçiriləcək.

 

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu səfərdə "Konyaspor"la qarşılaşacaq. Türkiyə mətbuatı oyunun təxmini start heyətini müəyyənləşdirib. Həmkarlarımızın fikrinə görə, "bordo-mavililər"in çalışdırıcısı Ərsun Yanal start heyətdə Ramil Şeydayevə yenə də şans verməyəcək.

 

"Konyaspor": Serkan Qırıntılı, Volkan Fındıqlı, Berri Duqlas, Yonsson, Ömer Ali Şahiner, Ali Çamdalı, Ranqelov, Miloşeviç, Vukoviç, Halil, Şkubiç.

 

"Trabzonspor": Esteban, Zeki, Mustafa Yumlu, Yan Duritsa, İbanes, Okay, Onazi, Güray, Mehmet Ekici, Kastilyo, Muhammet Demir.

 

Qeyd edək ki, "Konyaspor" - "Trabzonspor" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right