Newsport.az-ın məlumatına görə, hadisə “Beşiktaş” – “Bursaspor” oyunundan az sonra “Vodafone Arena” stadionunun yaxınlığında olub.
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. Yerli mətbuatda yer alan xəbərə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
İlkin ehtimnallara görə, hadisə daha öncə planlaşdırılıb.
Daxili İşlər Naziri Süleyman Soylu da hadisə haqda danışıb: "Hadisə "Bursaspor" azarkeşlərinin stadiondan çıxdığı ərazilərdə baş verib. Hazırda araşdırmalarımız davam edir. 20-yə yaxın yaralımız var, ancaq insan itkisi barədə hələ ki, məlumat almamışıq. Ümid edirik ki, insan itkisi olmayacaq. Yaralılardan çoxu polisdi".