Millimizin hücumçusu "Beşiktaş"ı məyus edə bilmədi

Türkiyə Superliqasında XIV turun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, sözügedən tur çərçivəsində millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" klubu da növbəti matçına çıxıb. Bursa təmsilçisi səfərdə "Beşiktaş"ın qonağı olub. 

Qarşılaşma "qara qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Ötən tur vurduğu iki qolla komandasına qələbə qazandıran Dəniz Yılmaz bu matçda da start heyətində meydana daxil olub. Ancaq sona qədər mübarizə aparan futbolçu bu dəfə fərqlənə bilməyib. 

Qeyd edək ki, Superliqada geridə qalan 14 turda 24 xal toplayan "Bursaspor"  turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right