"Anama görə ağladım" - "Beşiktaş"ın qapıçısı

ÇL-nın qrup mərhələsində Kiyev “Dinamo”suna 0:6 hesabı ilə uduzan “Beşiktaş” mübarizəni Avropa Liqasında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, oyunda 4-cü qoldan sonra göz yaşlarını saxlaya bilməyən “qara qartallar”ın qolkiperi Fabri açıqlama verib. O, anasına görə ağladığını söyləyib:

“Ağır xəstə olan anama oyundan öncə qrupdan çıxacağımızla bağlı söz vermişdim. Onu sevindirmək istəyirdim, ancaq alınmadı. Kabus kimi gecə idi. 4-cü qoldan sonra bir anlıq gözümün qarşısına yatağında yatdığı halda anam gəldi. Həmin an göz yaşlarımı saxlaya bilmədim. Onu sevindirməyi bacarmadım”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right