"Barselona"nın futbolçusu Neymar üçün İspaniya La Liqasında "Eybar"a qarşı oyun əlamətdar olub.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın 72-ci dəqiqəsində fərqlənən braziliyalı hücumçu futbolçu karyerası ərzində vurduğu qollarını sayını 200-ə yüksəldib.
Neymar bu qollardan 136-nı "Santos"da, 24-nü "Barselon"da, 40-nı isə Braziliya millisində vurub.
Qeyd edək ki, "Barselona" - "Eybar" görüşü birincilərin 3:0 hesabı qələbəsi ilə başa çatıb.