Mərkəzi stadion möhtəşəm oyun üçün qardan təmizləndi

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya “Fiorentina”nı qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, oyunun keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü səhər saatlarında yağan qarla örtülsə də, artıq arena təmizlənib. 

 

Stadion işçiləri ot örtüyünü tamamilə yararlı hala gətiriblər. Təmizlik işləri isə saat 13:30-a qədər davam edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right