Simeonenin “Atletiko”dan ayrıldıqdan sonra çalışdıracağı klubun adı açıqlandı

Argentinalı məşqçi Dieqo Simeonenin Madrid "Atletiko”sundan ayrıldıqdan sonra üz tutacağı klubun adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə , 46 yaşlı çalışdırıcı İtaliyanın "İnter” klubunun "sükanı arxası”na keçəcək.
 
Bu barədə məlumatı mütəxəssisin oğlu Covanni Simeone verib. "Cenoa”da forma geyinən futbolçu fikirlərini belə izah edib: "Atamın karyrası haqda nə deyə bilərəm? O, hazırda "Atletiko”da xoşbəxtdi, Madriddə yaşamaqdan zövq alır. Gələcəkdə hansı hadisələrin baş verəcəyini bilmək olmaz. Onu bilirəm ki, atam "Atletiko”dan ayrıldıqdan sonra "İnter”lə müqavilə imzalayacaq”. 
 
Qeyd edək ki, 2018-ci ilin iyununda "Atletiko” ilə müqaviləsi başa çatacaq məşqçi futbolçu  karyerası ərzində  1997/99-cu illərdə Milan təmsilçisinin şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right