“Globe Soccer Awards” mükafatını kim alacaq?

“Globe Soccer Awards” mükafatını almağa namizədlərin siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, siyahıda “Lester”in hücumçusu Ceymi Vardi, “Yuventus”un futbolçusu Qonsalo İqayn, Lionel Messi, Kriştiano Ronaldo, Qaret Beyl və Antuan Qrizmann yer alıblar.

Məşqçilərin siyahısında isə Zinəddin Zidan, Klaudio Ranyeri, Fernando Santuş, Massimliano Alleqri və Unai Emerinin adları var.

İlin ən yaxşı klubu adını qazanmağa isə “Real”, “Lester”, “Sevilya”, “Molde” və “Legiya” namizəddi.

Hakimlərin siyahısında isə iranlı Alireaz Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Aqilar və ingiltərəli Mark Klattenburq var.

Mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right