"Qalatasaray"ın baş məşqçisi onu bağışladı

"Qalatasaray"da aşağı yaşı qrupları üzrə komandaya göndərilən Yasin Öztəkin əfv edilib.

Newsport.az-ın məlumatına görə, "cim-bom"un çalışdırıcısı Yan Olde Riekerink Yasini bağışlayıb. 29 yaşlı futbolçu bu gün əsas komandanın məşqində iştirak edib. O, kollektivlə birgə çalışıb.

Qeyd edək ki, Yasin Öztəkin "Adanaspor”a qarşı keçirilən oyun zamanı əvəzlənməsinə etiraz əlaməti olaraq ehtiyat oyunçular skamyasında formasını yerə atmış və oturacaqların şüşəsinə yumruq vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right