"Real"ın De Xea üçün milyonlar ödəməsinə ehtiyac yoxdu"

“Real”ın keçmiş qolkiperi Bodo İllner "Mançester Yunayted"in qapıçısı David De Xeanın Madrid klubuna transferi haqda danışıb.


Newsport.az xəbər verir ki, 49 yaşlı futbolçu bildirib ki, hazırda klubun qapıçıya ehtiyacı yoxdu: “Real”ın hazırda Keylor Navasdan başqa qolkiperə ehtiyacı yoxdur. Ötən mövsüm Navas özünü çox yaxşı göstərdi. Komandanın uğurlarında əsas pay sahiblərindən biri də odur. De Xea da çox güclü bir qapıçıdır. Lakin düşünürəm ki, “Real”ın De Xea üçün milyonlar ödəməsinə ehtiyac yoxdu”. 

 

Onu da əlavə edək ki, Bodo İllgner 1996-2001-ci illərdə “Real Madrid”in tərkibində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right