Şeydayevin komandasına 10 milyon avro

Türkiyənin "Trabzonspor” klubu qış transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisinin rəhbərliyi qışda komandanın transfer etməsi üçün 10 milyon avro vəsait ayıracaq.
 
Yerli mətbuatda yer alan məlumata görə, komandanın baş məşqçisi Ersun Yanal müdafiə, yarımmüdafiə və hücum xəttinə transfer edilməsini istəyir. Komandanın tarsnfer etmək istədiyi ilk futbolçu isə Moskva "Spartak”ında forma geyinən Sərdar Taşçıdı. Artıq futbolçunun transfer edilməsi ilə bağlı danışıqlar start götürüb. 
 
Komanda rəsmilərinin Holandiya və Afrikada futbolçuların axtarşına çıxdığı da iddia edilir. 
 
Qeyd edək ki, millimizin hücumçusu Ramil Şeydayev də hazırda "Trabzonspor”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right