"Qalatasaray"da şok itkilər

"Qalatasaray"ın heyətində ciddi itkilər baş verib.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar"ın aparıcı futbolçuları Selçuk İnan və qapıçı Fernando Muslera zədələnib. Hər iki futbolçunun əzələsində ağrılar var. "Cim bom"un kapitanı və uruqvaylı qolkiper komandanın məşqində iştirak edə bilməyib.

Adları çəkilən futbolçuların həftəsonu Super Liqanın lideri "Başakşehir"lə matçda oynayıb-oynamayacağı hələ dəqiq deyil. Zədəsini sağaldan Uesli Sneyder isə kollektivlə birlikdə məşqlərə başlayıb.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right